Detroit: Become Human’ın hazırlanma mərhələsini əks etdirən bir video yayımlandı!

5 May tarixində rəsmi olaraq çıxış etməsi gözlənilən və PlayStation 4 platforması üçün xüsusi olan Detroit: Become Human‘ın hazırlanma prosesini və studiya işçilərinin fikirlərini əks etdirən bir video yayımlanıb. Quantic Dream tərəfindən hazırlanan oyunda Cara, Marcus və Connor adlanan 3 əsas xarakteri idarə edəcəyik. Xüsusilə hekayəsi ilə ön plana çıxan oyundakı hadisələr gələcək zamanda baş verir.

Quantic Dream studiyası isə daha öncə də Heavy Rain, Beyond: Two Souls və Fahrenheit: Indigo Prophecy oyunları ilə qarşımıza çıxıb. Studiyanın yeni oyunu olan Detroit: Become Human isə, oyunçuları indidən həyəcanlandırmağı bacarıb. Əgər oyunu alıb-almamaq barədə seçim edə bilmirsinizsə, PSN Store’dan oyunun pulsuz demo versiyasını yükləyə bilərsiniz.//bgz.az



 /  6-11-2018, 19:43  /  Baxış: 474