Ayı Aysel Əlizadəni dişlədi - Heyvan sevgisi baha başa gələcəkdi - FOTO » Showxeber.az


Ayı Aysel Əlizadəni dişlədi - Heyvan sevgisi baha başa gələcəkdi - FOTO

İtinə ad günü keçirən Aysel Əlizadə, sanki son zamanlar insanlardan uzaq düşüb. 
 Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, bu yaxınlarda pələnglə fotolarını paylaşan Aysel, bu dəfə başqa bir yırtıcı heyvanla görüntülənib. 
 Gənc ifaçı İstanbulda ayı balası ilə çəkdirdiyi fotolarını İnstaqram hesabından paylaşıb. Aysel paylaşımına fransalı dünya şöhrətli yazıçı Anatol Fransın "İnsan ruhunun bir parçası heyvan sevgisini dadana qədər oyanmaz" aforizmini şərh yazıb. 
 Fotoda ayı balasının müğənninin qolunu dişlədiyi də əks olunub. Xoşbəxtlikdən bala ayının dişlərinin olmaması müğənninin xəsarət almamasına səbəb olub. 
   1-08-2019, 12:56  /