Məsut Özil toy edir.

"Arsenal"ın futbolçusu Mesut Özil və aktrisa, eyni zamanda 2014-cü ildə Türkiyə gözəli seçilən Amine Gülşe evlənməyə hazırlaşırlar.

Cütlük Almaniya, Türkiyə və İsveçdə 3 toy etməyi planlaşdırır.

Mesut Almaniyada, Gülşe İsveçdə doğulduğu və qohumlarının çoxunun Türkiyədə yaşadığını nəzərə alaraq cütlük bu qərara gəlib. 


1 milyon lirəyə (təxminən 316 min AZN) başa gələcək mərasimlərin yaxın vaxtlarda olacağı bildirilir.


Məlumata görə, ailə qurduqdan Amine aktrisalığa davam edəcək, lakin onun öpüşmə səhnələrində yer almayacağı gözlənilir. Belə ki, Mesul Özil verdiyi müsahibələrdən birində "Almaniyada doğulub-böyüsəm də türk adət-ənənələrinə uyğun tərbiyə almışam. Amine bunu yaxşı bilir" demişdi. Odur ki, Gülşenin çəkildiyi ekran işinin ssenarisini ilk olaraq Özil oxuyacaq.
 /  19-11-2018, 09:21  /  Baxış: 674