Qarabağ Londona son sözünü deməyə gedir. » Showxeber.az


Qarabağ Londona son sözünü deməyə gedir.

Dekdabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İngiltərə "Arsenal"ının qonağı olacaq "Qarabağ" komandasının səfər proqramı bəlli olub.

Showxeber.Az xəbər verir ki, bu barədə report-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan çempionu dekabrın 11-də saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Londona yola düşəcək.
Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-ə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə saat 23:00-a təyin edilib.
Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


   10-12-2018, 13:35  /