2019-cu ilin ən gözlənilən filmləri - FOTO/VİDEO

2019-cu ildə kinoteatrlarda ən çox maraqla Tarantinonun “Bir dəfə Hollivudda” və “Joker” filmləri gözlənilir.

“Bir dəfə Hollivudda”


Kventin Tarantinonun məşhurla bol olan filminin baş rollarında Bred Pitt, Leonardo Dikaprio, Marqot Robbi  Al Paçino yer alır. Hazırda çəkilişləri davam edən film 1969-cu ilin yayında məşhur olmağa çalışan iki dostun hekayəsini və arxa planda yer alan Şeron Teyt cinayətindən bəhs edir. Film 23 avqust tarixində təqdim ediləcək.


“Kapitan Marvel”

Film qadın yaradıcıların əlindən çıxan ilk super qadın qəhrəmandır. Bir partlayışdan sonra super güclər qazanan və Kapitan Mervel adını alan obrazı Bray Lerson canlandırır. Filmdə Cud Lou və Samuel El Ceksonda çəkilib.

“Joker”

“Joker” 2019-cu ilin ən maraqla gözlənilən filmidir. Ekran işində “Joker”i Hoakin Feniks oynayacaq, onun tərəf müqabilləri isə Alek Bolduin, Robert DeNiro və Fransis Konroy kimi aktyorlardır. Ekran əsəri oktyabrda təqdim olunacaq.


“Con Uik 3: Parabellum”

“Con Uik” seriyasının üçüncü davam filmində yenə Kianu Rivz baş roldadır. Bundan başqa, Helli Berri, İen MakŞeyn  Laurens Fişbörnün rol aldığı ekran işində bütün sirlər açılacaq. Filmin qala gecəsi 17 may tarixində keçiriləcək.


“X-Men: Tünd Simurq quşu”

Filmdə baş rolu “Taxt oyunları”nın “Sansa Stark”ı Cina Qrey canlandırır. Ekran işi “X-Men” seriyasının on üçüncü filmidir.

“Shazam!”

Ekran əsəri bir sehrli kəlmə ilə super qəhrəmana çevrilən uşağın hekayəsindən bəhs edir. Metroda tanış olduğu adamın adını çəkməsi ilə möcüzəvi şəkildə super qəhrəman olan Bill BetsonZaçari Levi canlandırır. Film 5 apreldə kinoteatrlarda olacaq.


“Rocketman”

Dünyaca məşhur ingiltərəli musiqiçi Elton Conun həyatından bəhs edən bioqrafik film 7 iyun tarixində yayımlanacaq. Elton Conu Teyron Eпerton, sevgilisi və meneceri Con Reyd rolunu isə “Taxt oyunları”ının “Robb Stark”ı Riçard Medden canlandırır.

“Dumbo”

Kiçik bir sirk filinin siçanla olan dostluğunu xarakterizə edən filmin rejissoru Tim Bartondur.


“İrlandiyalı”

Robert DeNiro  Al Paçinolu film “Netflix”də yayımlanacaq.

“Əjdahanı necə ram etməli?: Gizli dünya”

Jerard Batler, Amerika Ferrera, Keyt Blanşet və Kitt Harrinqtonun səsləndirdiyi animasiya filmi 25 yanvarda tamaşaçılara təqdim ediləcək.


//oxu.az

 /  1-11-2018, 19:28  /  Baxış: 407