Hollywood haqqında bilmədiyiniz faktlar

1.    Hollywood işarəsi 1923-cü ildə yaradılmışdır. Bu, sadəcə olaraq Los-Ancelesin yeni yaşayış məhəllələrinin reklamı idi və yazı daha uzun idi: HOLLYWOODLAND. Yazının bir il yarım qalması ehtimal olunurdu, lakin Hollivudda kino sahəsinin sürətli inkişafı sayəsində onu saxlamaq qərarına gəldilər.

2.    Hollivudda məşhurlaşa bilməmiş Britaniya aktrisası Peq Entuisl Hollywood işarəsinin “H” hərfindən özünü ataraq intihar etmişdir.

3.    Ikinci Dünya müharibəsi zamanı Oskar heykəlciyi gipsdən hazırlanırdı.

4.    Tədricən Hollywood lövhəsindəki hərflər qopmağa başladı. Onu bərpa etmək üçün 1978-ci ildə “Playboy” jurnalının təsisçisi Hyu Hefner hərflərin hərracını təşkil etdi. Bu hərrac üç ay ərzində həyata keçirilirdi. Amerikan rok-musiqiçi Ellis Kuper “O”, Cin Otri və Pol Uilyams isə “L” və “W” hərflərinin bərpasına sponsorluq etdi.

5.    9 fevral 1960-cı ildə “Məşhurlar Xiyabanı”nda qoyulmuş ilk ulduz Coan Vudvarda məxsusdur.

6.    “Ulduzlar” kino sahəsi (kinokamera emblemi), səs yazma (fonoqraf emblemi), teatr (teatr maskası emblemi), televiziya (televizor emblemi) və radionun (radiomikrofon emblemi) inkişafında göstərdiyi xidmətlərə görə təqdim olunur. “Məşhurlar Xiyabanı”nda ulduzların sayı təxminən 2600-dür, və onların mövcud olduğu tarix ərzində 4 ulduz (Kirk Duqlas, Ceyms Stüart, Cin Otri və Qriqori Pet) oğurlanmışdır. Bu ulduzlar təkcə insanlara deyil, həm də cizgi filmi qəhrəmanlarına (məsələn Mikki Maus), nəşriyyat, şirkətlər də təqdim olunurlar. Eləcə də boş ulduzlar da var.

7.    Cin Otri yeganə incəsənət xadimidir ki, beş emblemin hər birinin olduğu ulduza sahibdir.

8.    2001-ci ilin noyabrında Hollivudun mərkəzində 3000 tamaşaçının yerləşə biləcəyi “Kodak” teatrı (Kodak Theatre) açılmışdı. Bu mərkəz “Oskar”ın (Amerikan kinosənəti akademiyası mükafatı) təqdim olunması mərasiminin daimi keçirildiyi ilk məkan olmuşdur.
9.    Hollivudda kino hər yerdə – stendlər, plakat, böyük ekranlar və hətta qəbiristanlıqda da   göstərilir. Hollywood Forever Cemetery “ulduz” qəbiristanlığında Mel Blank, Sesil B.Demill, Baqsi Siqel və başqaları dəfn olunmuşlar. 2002-ci ildə “Cinespia” yay kinoforumu çərçivəsində orada yeni filmlər nümayiş olunur. Filmlər Hollivud əfsanəsi Rufolf  Valentinonun mavzoleyinin divarlarında göstərilir.
10.    “Hollivud gülüşü” termini fransız stomatoloq Çarlz Pinkus tərəfindən keçən əsrin 30-cu illərində düşünülmüşdür. Hollivud aktyorlarının ekranlarda hamar ağappaq dişlərlə lovğalana bilməsi üçün Pinkus Hollywood Laminates (diş protezlərinin bərkidilməsində istifadə olunan xüsusi yapışqan tozlar vasitəsilə aktyorun dişlərinə bərkidilmiş keramik bəndlər) adını almış texnologiyanı icad etdi. Özünün müştəriləri sayəsində Pinkus “ulduz stomatoloq” ləqəbini almışdır – onun müştəriləri sırasında Cudi Qarlend, Şirli Templ, Elizabet Teylor, Barbara Stenvik, Fred Aster və başqaları var.

 /  21-12-2018, 10:00  /