“Xocalı şahidi” – adlı film çəkilir - FOTOLAR » Showxeber.az


“Xocalı şahidi” – adlı film çəkilir - FOTOLAR

“Xocalı” soyqırımına həsr olunmuş daha bir film işıq üzü görəcək.

Showxəbər.Az xəbər verir ki, şair Samir Quliyevin "Şahid" şerinin motivləri əsasında çəkilən ekran işi “Xocalı şahidi" adlanır.

Qısametrajlı filmin mövzusu isə faciəyə şahidlik edən ailələrdən birinin başına gələn erməni vəhşiliyindən bəhs edir. Filmin senari müəllifi də şair Samir Quliyevdir.

Qeyd edək ki, quruluşçu rejissoru Eyyub Əliyev, rejissor və quruluşçu operatoru Mehdi Yaqubovun olduğu filmin təqdimatı “Xocalı” soyqırımının 27 ci il dönümü ərəfəsinə planlaşdırılır.
Layihə isə PR Company tərəfindən həyata keçirilir.


Tural Hüseyn
FOTOLAR:Sübhan İsmayılov
Showxəbər.Az






   19-02-2019, 17:25  /