"Qəribə insan" filmi böyük bəyənilə qarşılanıb - VİDEO » Showxeber.az


"Qəribə insan" filmi böyük bəyənilə qarşılanıb - VİDEO

"M Film Media" və "Safina" studiyasının birgə layihəsi olan "Qəribə insan" qısa metrajlı filmi sosial şəbəkələrdə nümayiş olunub.

Showxəbər.Az-ın məlumatına görə, sosial xarakterli olan film izləyicilər tərəfindən müsbət qarşılanıb. Ekran işini izləyənlər yaradıcı heyəti tərif atəşinə tutublar. Onlar filmi bəyəndiklərini qeyd ediblər.

Qeyd edək ki, filmde diqqət çəkən məqamlardan biri  baş rolda rejissor Mehdi Yaqubovun qızı Zeynəbin rol alması olub. Onu da əlavə edək ki, bu artıq Zeynəbin çəkildiyi 3-cü filmdir. O, buna qədər, ilk dəfə şəhidlərlə bağlı, ikinci dəfə küçədə böyüyən uşaqlarla bağlı filmdə rol alıb.


Xatırladaq ki, filmin rejissor işi quruluşçu operator kimi yetərincə tanınan Mehdi Yaqubova məxsusdur.
Filmdə baş rollardan digərini Elnar Qarayev canlandırır. Layihənin prodüseri isə Emin Yəhyadır.

Showxəbər.Az filmin çəkiliş meydançasından olan fotoları və filmi təqdim edir:



   5-03-2019, 15:28  /