"Bastard" və "Oturacaqlar" filmləri beynəlxalq festivalda » Showxeber.az


"Bastard" və "Oturacaqlar" filmləri beynəlxalq festivalda

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Möhsün Quliyevin “Bastard” və Orxan Ağazadənin “Oturacaqlar” filmləri ABŞ-da keçirilən Palm Springs Beynəlxaq Qısa Film Festivalında iştirak edir.
 
 “Bastard” filminin quruluşçu rejissor və ssenaristi Möhsün Quliyev, quruluşçu operator Micky Montoya, quruluşçu rəssam Dheeraj Malhan, bəstəkar Firudin Allahverdi,prodüserlər Lara Zeidan və Qurban Bunyatovdur. Filmdə rolları Toğrul Əhmədov, Zülfiyyə Qurbanova, Roman Huseynov, Bayram Muradlı, Gülər Babayeva və başqaları oynayıb.
 
“Oturacaqlar” filminin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operator Cameron Ward, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi Məməd Ansa, prodüser Mina Salimi, koprodüserləri Azər Həsənov, Ruslan Ağazadədir.
 Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, Iskəndər Abbasov və başqaları oynayır.
   21-06-2019, 14:00  /