Elektron bileti olmayanların Luvr muzeyinə girişi məhdudlaşdırılacaq » Showxeber.az


Elektron bileti olmayanların Luvr muzeyinə girişi məhdudlaşdırılacaq

Fransanın paytaxtı Paris şəhərində yerləşən Luvr muzeyinin rəhbərliyi ziyarətçilərə sayt vasitəsi ilə əvvəlcədən bilet almayanların müəssisəyə buraxılmama ehtimalı barədə xəbərdarlıq edib.
"Report" "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, administrasiya belə bir məhdudiyyəti açıq şəkildə birinci dəfədir elan edir.
Muzeyin saytında xəbərdarlıq yerləşdirilib: "Ziyarətə zəmanət vermək üçün onlayn bilet almağı təkidlə məsləhət görürük".
Rəhbərlik bu şəkildə ziyarətçi axınının artması problemini həll etməyə çalışır. Qəzet muzeyin əsas çətinliyini "Cakonda" portretinin təmir işləri ilə əlaqədar olaraq müvəqqəti Mediçi qalereyasına köçürülməsi və bu səbəbdən Rişelyö qanadında "tıxaclar"ın yranması ilə əlaqələndirir.
   3-08-2019, 02:43  /