"Xəzər Maqazin"in keçmiş aparıcısı gizlicə boşanıb

"Xəzər Maqazin" verilişinin aparıcısı Çinarə Cəlilovanın ərindən boşandığı ortaya çıxıb.

Showxeber.az xəbər verir ki, bu barədə aparıcının özü "İnstagram" hesabındakı "History" bölməsində məlumat verib.

O, izləyicilərin suallarını cavablandırarkən, "Ailəlisiniz?" sualına yox cavabını verib.
Qeyd edək ki, cütlük bir-birini "İnstagram" hesabında da izləmir. Onların bir oğlu var.

Xatırladaq ki, Çinarə aparıcı Fira Cəlilovanın qardaşının həyat yoldaşı olub.



 /  8-11-2018, 13:04  /  Baxış: 663