Türk məşhurlar azərbaycanlı gənc üçün yarışdı VİDEO

Murat Boz duet oxudu, Bəyaz "Survivor" sözü verdi
Türkiyəli məşhurlar azərbaycanlı ifaçı üçün mübarizə apardılar.

 Showxeber.az-ın məlumatına görə, Türkiyənin ən məşhur musiqi yarışı olan "O səs Türkiyə"yə daha bir azərbaycanlı qatılıb.

36 yaşlı Azər Həsənov uzun müddət Rusiyada çalışıb. Bir müddət öncə isə ailəsi ilə birlikdə Türkiyəyə köçüb.

Gənc ifaçı yarışda "Gəl ey səhər"i ifa edib. Onun səsinə heyran qalan müsiflərdən ikisi dönüb. Bunlar Murad Boz və şoumen Bəyaz olublar. Azərin çıxışı bitdikdən sonra iki məşhur onu öz komandasına qatmaq üçün əsl mübarizəyə başlayıblar.

Hətta tanınmış müğənni Murad Boz Azər ilə birlikdə səhnədə duet ifa edib. Bəyaz isə onu seçəcəyi təqdirdə Azəri "Survivor"a belə apara biləcəyi ilə bağlı zarafat edib. Verilişdə iki məşhurun gənc ifaçını komandalarına qatmaq üçün göstərdiyi səylər tamaşaçıların gülüşünə səbəb olub. 






 /  10-11-2018, 16:20  /