Gürcüstanın məşhur rejissoru Röya üçün Bakıya gəldi » Showxeber.az


Gürcüstanın məşhur rejissoru Röya üçün Bakıya gəldi

Əməkdar artist Röya Ayxandan  pərəstişkarlarına müjdəli xəbər var.

Showxeber.az  xəbər verir ki, sənətçi  yeni klip üzərində çalışır. "Problemdir Sevgimiz" adlanan mahnıya çəkilən klipin rejissorluğunu  məşhur gürcü rejissoru Zaza Orashvili üzərinə götürüb. Klipın çəkilişləri Bakının Mərkəzi İncəsənət Muzeyində baş tutub.  Röya tezliklə klipi təqdim edəcəyini deyib.


Qeyd edək ki, Z.Orashvili ilə əməkdar artistin ilk işbirliyidir.  Belə ki, xalq artisti Zülfiyyə Xanbabayevanın "Gözümün Qarası", əməkdar artisti Sevda Ələkbərzadənin "Mən Səni Gözlədim" və müğənni Nura Surinin "Briliantalar" mahnılarına çəkilən kliplərin rejissoru Zaza Orashvilidir.

   15-11-2018, 09:41  /