Yeni Zaur köhnə Zaura qarşı “Mənim Zaurum daha yaxşıdır”. » Showxeber.az


Yeni Zaur köhnə Zaura qarşı “Mənim Zaurum daha yaxşıdır”.

Bu sözləri Atv telekanalında yayımlanan  “Təhminə və Zaur” serialının Zauru Cövdət Şüşükrov mərhum xalq artisti Rasim Ocağovun rejissoru olduğu “Təhminə” filmində Zaur obrazını canlandıran xalq artisti Fəxrəddin Manafov haqda Showxeber.az-a danışarkən deyib:


“Bəzən film ilə serialı müqayisə edirlər filmə daha üstünlük verilər. Ona görə həmin insanlara bildirmək istəyirəm ki, bu film deyil, serialdır. Amma şəxsən mən öz Zaurumu daha maraqlı hesab edirəm”.


Söhbətə müdaxilə edən serialın Spartakı Cavidan Novruz Cövdəti Zaur obrazında daha çox bəyəndiyini vurğulayıb:


“Oxucular şərhlərdə nə yazırlar, yazsınlar, vecimə deyil. Fəxrəddin Manafov böyük aktyordur. Amma əsəri bilən biri kimi Fəxrəddin Manafov Zaur obrazı deyil”.

   4-12-2018, 20:53  /