"Özge Ulusoyun başına iş gəldi"

Türkiyənin ən tanınmış modellərindən olan Özge Ulusoy qarda yıxılıb.

Showxəbər.Az xəbər verir ki, xəsarət alan modelin çiyni çıxıb. Bədbəxt hadisə Özgəni qarda xizək sürdüyü zaman yaxalayıb.

Hadisədən sonra yaxınları onu dərhal xəstəxanaya çatdırıblar. Ulusoy isə açıqlamasında “Anidən bir hərəkət oldu. Hazırda hər şey qaydasındadır. Bir az istirahət etməliyəm. Qara və buza diqqət edin”- deyib.
 

 /  9-01-2019, 18:03  /