Məşhur musiqi kanalı bağlanacaq

Türkiyənin “Kral TV” televiziyası bağlanır.

Showxəbər.Az xəbər verir ki, bu barədə məlumat “2-ci səhifə” verilişinin instagram səhifəsində yayımlanıb. Sözügedən kanalın fevral ayından rəqəmsal yayıma keçəcəyi gözlənilir.

Qeyd edək ki, 1994-cü ildən fəaliyyətə başlayan “Kral TV” Türkiyədə ilk musiqi kanalıdır. 

 /  11-01-2019, 11:34  /