Tacir Şahmalıoğlu üçüncü dəfə ata olacaq

54 yaşlı müğənni Tacir Şahmalıoğlu üçüncü dəfə ata olacaq. 


Showxəbər.Az xəbər verir ki, müğənni bu barədə "Şou ATV" verilişində açıqlama verib.

O, Nanə Ağamalıyevanın bununla bağlı sualına cavab olaraq, övladının beş ay  sonra dünyaya gələcəyini deyib.

Xatırladaq ki, Tacir Şahmalıoğlunun bir qız, bir oğul övladı var.
 /  11-01-2019, 13:46  /