Nuradan cəsarətli fotosessiya və albom - FOTOLAR

Müğənni Nura Suri bir müddətdir yenidən start verdiyi yaradıcılıq işlərinə davam edir.


Showxəbər.Az xəbər verir ki, sənətçi 2019-cu ildə ilk fotosessiyasını və dijital platformalarda “Dönmək olmur” adlı albomunu təqdim edib.

O, eyniadlı mahnıya çəkdirdiyi klipin fotosessiyasını da izləyicilərin ixtiyarına verib. Surinin yerdən yüksəkdə həyat üçün təhlükəli qurğuların üstündə verdiyi pozalar isə xüsusi diqqət çəkib.

Qeyd edək ki, sənətçi yaxın günlərdə “Dönmək olmur” adlı mahnısına çəkdirdiyi klipi də təqdim edəcək.

Qeyd edək ki, müğənni ötən ilin sonlarında “Sevgi romanı”, “Gitme” adlı iki klip və dijital platformalarda “Dəlisiyəm” adlı albomunu təqdim edib.

Xatırladaq ki, “Dönmək olmur” adlı ekran işi isə “Gitme” adlı klipin davamıdır.


Fotolar: Məhəbbət Nəsirov



 /  11-01-2019, 15:41  /