“Pinhani” qrupu Bakıda” – FOTOLAR » Showxeber.az


“Pinhani” qrupu Bakıda” – FOTOLAR

Paytaxt klublarının birində Türkiyənin məşhur musiqi qrupu Pinhani”-nin konserti baş tutub.


Showxəbər.Az xəbər verir ki, konsert öncəsi media nümayəndələrinin suallarını cavablandıran qonaqlar paytaxtımızda olmaqdan məmnunluqlarını bildiriblər:


“Şəhərinizi çox bəyəndik. Gəzmək üçün sabah daha çox imkanımız olacaq. Ortaq cəhətlərimiz çoxdur. Restoranda, səhnə arxasında yad ölkədə olmağımız hiss olunmur. Sanki Türkiyənin hansısa bölgəsindəyik. Hər birimizin ixtisasları fərqlidir, amma musiqi ilə məşğuluq. Sənətlərimizi bilsəydik, bəlkədə musiqiçi olmazdıq. Keçən il albom çıxartdıq. Mahnılarından biri Azərbaycan musiqisi olmalı idi. Öhdəsindən yaxşı gələ bilməyəcəyimizi düşündüyümüz üçün vaz keçdik. Youtube-dan bir neçə versiyanı izlədik. Sizin musiqiçilər çox gözəl ifa edirdilər. Səhnədə ayrı bir sadə mahnını səsləndirəcəyik. Azərbaycandan çox sevgi mesajları gəlir. Bura çoxdan gəlmək istəyirdik. Konsertimizin baş tutacağı üçün çox xoşbəxtik. Çox əylənəcəyinizi düşünürük. Konsertimiz 5 il öncə də ola bilərdi. Gələ bilməyən insanların da çox olduğunu bilirik. Gələcəkdə böyük bir meydanda ödənişsiz açıq hava konserti etmək arzumuz var”.


Daha sonra səhnəyə çıxan qrup üzvləri ilk olaraq tamaşaçıları salamlayıb. Sevilən hitlərini səsləndirən qrup üzvləri  konsertin izləyicilərinin böyük coşqusu ilə qarşılaşıblar.  Səsləndirilən mahnılar tamaşaçıları illər öncəyə qaytarıb. 


Tural Hüseyn


Foto: Sübhan İsmayılov



   13-01-2019, 12:24  /