"4 ay hər gecə ağladım" - Ayan Babakişiyeva » Showxeber.az


"4 ay hər gecə ağladım" - Ayan Babakişiyeva

Müğənni Ayan Babakişiyeva yenidən Bakıdadır. O, Xəzər Tv-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

Showxəbər.Az xəbər verir ki, sənətçi qonaq olduğu efirdə duyğusal anlar yaşayıb. Belə ki, aparıcı Tarix Əliyevin doğma ölkəsindən getməsi barədə söz salmasından sonra Ayan göz yaşlarına hakim ola bilməyib.

Babakişiyeva mövzuya fikr bildirərkən bunları deyib:

"Nə qədər desək ki, qardaş ölkədir. Ancaq vətənin yeri ayrıdır. Mən təhdid aldığım üçün getmədim. Heç kim məni öz ölkəmdə təhdid edə bilməz. Mən uşağımın normal, sağlam şəkildə böyüməsi üçün bu qərarı verdim. Heç kimə ehtiyacım yoxdur. Çox xoşbəxt yaşayırıq. İstanbula köçəndə 4 ay hər gecə ağladım. Ora hələ də öyrəşə bilməmişəm. İstanbulda hava limanında sürücüm qarşılayır, xanım həyatı yaşayıram. Ancaq Bakıya gələndə "havasına qurban olum", deyirəm. Dünyanın hər yerində olmuşam. Neçə ailəyə baxıramsa, özüm bilirəm. Bu gün Allah imkan verib, baxıram. Bunu Gəncədə, Bakıda yaşayan ailələr də bilir. Nə yaşadığımı bilmədən şərhlər yazırlar. Məni müzakirə etməyin".

Tural Hüseyn
   5-02-2019, 14:21  /