“Niyə tutmadı?” – VIDEO » Showxeber.az


“Niyə tutmadı?” – VIDEO

Mövzumuz şou və sənət dünyasında öz sözünü demiş və sözünü hələ də tam şəkildə deyə bilməmiş valideynlərinin sənətini davam etdirən övladlarıdır.

Showxəbər.Az sizin üçün valideynlərinin sənətdə qazandığı uğurlara hələ də çata bilməyən sənətçilərin övladlarını araşdırdı.

İlk olaraq Xalq artisti, Pop diva Aygün Kazımovanın qızı İlqarə Kazımovadan danışaq. İllərdir şou-biznesdə liderliyi və seçilməyi bacaran Aygün Kazımovadan fərqli olaraq, qızı nədənsə istədiyi pilləyə gələ bilmir. Sənətdə bir qədər passiv fəaliyyət göstərən gənc müğənni ara-sıra işlər təqdim etsə də, İlqarənin anasının şou-biznesdəki zirvəsinə qalxa biləcəyi sual altındadır.

Növbəti araşdırdığımız məşhur övladı Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevadır. Aynişanın səsi məşhur “O səs Türkiyə” yarışmasına gedib-çıxsa da, sənətdə anasının qazandığı uğurlarla müqayisə edə bilmərik. Onu hətta münsiflərin çoxu ifasından sonra öz komandalarında görmək istəmişdilər. Yarışmadan sonra sənətdəki təmbəlliyi ilə Aynişanın həmkarı İlqarədən geri qalmadığını deyə bilərik. 

Sıradakı isim Aşıq sənətinin ən parlaq nümayədələrindən olan Aşıq Zülfiyyənin oğlu Babəkdir. Gənc sənətçi daha çox anası ilə birgə ifa etdiyi duetlərlə tanınmağa başlayıb. Babəki əksər hallarda Aşıq Zülfiyyə ilə bərabər tv-lərdə görürük. Müğənni hələki sənətdə tutduğu pillədən razı görünür.

Xalq artsiti Gülyaz Məmmədovanın oğlu da valideyninin sənətini davam etdirmək sevdasına düşənlərdəndir.  Muğam ifaçısın oğlu Ramazan Şərifzadə anasından fərqli olaraq estrada janrında özünü sınamağa çalışır. Gənc müğəninin ifası eşidənlər tərəfindən bəyənilsə də, tanınmağa gəldikdə valideynlərinin uğurunu qazanmaqda çətinlik çəkən sənətçi övladlarının siyahısında yer alır.


Daha bir məşhur övladı Şahmalı Taciroğlu atası muğam ifaçısı Tacir Şahmalıoğlunun sənətini davam etdirmək niyyətindədir. Onu da tez-tez atası ilə bərabər efirlərdə görə bilirik. Gözəl ifaları ilə qəlblərdə taxt qurmağı bacaran Tacir Şahmalıoğlunun belə sənətdə istədiyi və layiq olduğu yerdə olmadığını düşünənlər az deyil. Buna səbəb sənətkarın ciddi sənətdən daha çox toylara üstünlük verməsində görülür. Belə olduğu halda, müğənnin oğlunun sənətdə tutacağı istiqamət və uğur qazanacağı maraq doğurur.


Şou-biznesə adını istər mahnıları, istərsə də qalmaqalları ilə adını həkk etdirməyi bacaran Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovadır. Ədalətli davransaq, Aysunu yuxarıda adlarını qeyd etdiyimiz sənətçilərdən bir qədər fərqləndirə bilərik. Sənətçi son bir ildə öz üzərində dayanmadan çalışır. Yeni mahnı və kliplər təqdim edir. Ancaq valideyninin tutduğu pilləyə hələki aşağıdan baxmaq məcburiyyətində qalan məşhur övladlarındandır. Aysunun çalışqanlığının yaxın gələcəkdə necə bəhrə verib-verməyəcəyinin isə zaman göstərəcək.


Bu da el dilində desək, tutuzdura bilməyən məşhur övladları. Biz də onlara tutduqları çətin sənət yollarında ən az valideynlərinin olduğu pilləyə çatmalarını arzulayırıq.

Tural Hüseyn






   9-02-2019, 21:10  /