“Mən çörəyə bais olan adam deyiləm” – Nadir Qafarzadə - VIDEO » Showxeber.az


“Mən çörəyə bais olan adam deyiləm” – Nadir Qafarzadə - VIDEO

Müğənni Nadir Qafarzadə instagram səhifəsindən peşmanlıq videosunu paylaşıb.

Showxəbər.az – ın məlumatına görə, sənətçi öncə taksi firmalarından biri haqda tənqid dolu paylaşım etmişdi. Daha sonra etdiyi hərəkətdən peşmanlıq duyan Qafarzadə yeni paylaşım edib.

Sənətçi videoda sözlərini bütün taksi sürücülərini şamil etmədiyini deyib:

“Mən heç vaxt çörəyə bais olan insan olmamışam, Allahdan çox qorxuram. Bir neçə saat öncə paylaşdığım videoya görə çox peşmançılıq çəkdim. Taksi sürücüləri bəxtəvərlikdən bu işlə məşğul olmurlar. Onların da övladları, ailəsi var. Hamını bir tutmaq olmaz. Vicdan əzabı çəkdim, özümü qınadım. Söylədiklərimi o şirkətdəki bütün sürücülərə şamil etmirəm. Bir nəfərə görə hamısı pis deyil. Allah hər kəsin ruzusunu versin. Sadəcə insanlara qarşı ədalətli olaq. Sərnişinlərə hörmətlə yanaşaq”.

Tural Hüseyn



   10-02-2019, 00:27  /