"Sənin statusun iki başlıdır" - Günayla Azər arasında nə baş verir? » Showxeber.az


"Sənin statusun iki başlıdır" - Günayla Azər arasında nə baş verir?

Bir neçə gün öncə aparıcı Azər Zahid instagram hesabından müğənni Günay İbrahimli ilə bağlı paylaşım edib. O, fotonun şərh bölümünə "Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim! Şou-biznesimiz inkişaf edir!", deyə yazıb.

Showxəbər.Az-ın məlumatına görə, İbrahimlinin aparıcıya reaksiyası gecikməyib. Müğənni də öz növbəsində paylaşımı "repost" edərək, Azərin yazdıqlarını iki başlı adlandırıb və məsələyə aydınlıq gətirməsini istəyib:

"Ay Azər, nə məsələdir? Mənim nəinki səninlə səmimi dostluq münasibətim, heç üz-üzə gəlməyimiz belə olmayıb. Bu foto da sənin bir verilişində çəkilib. Statusun ikibaşlıdır, ya yaxşı mənada yazmısansa, aydınlıq gətir, ya da pis mənada paylaşmısansa, səbəbini de. Biz də bilək, şou-biznesi inkişaf etdirək".




   12-02-2019, 16:50  /