Türkiyəli məşhurlar onları seçdi – Azərbaycanı təmsil edəcəklər (Fotolar) » Showxeber.az


Türkiyəli məşhurlar onları seçdi – Azərbaycanı təmsil edəcəklər (Fotolar)

Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Azərbaycan üzrə final gecəsi baş tutub. 

Showxəbər.az xəbər verir ki, şəhərin sayılıb seçilən məkanlarının birində keçirilən gecəyə Türkiyə və Fransa Səfirliyinin nümayəndələri, millət vəkilləri Adil Əliyev, Sona Əliyeva, Dilarə Cəbrayılova, Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva, ictimai xadimlər, məşhur sənət adamları qatılıb. Müsabiqə hər iki ölkənin himn ilə başlayıb. Himndən sonra aparıcılar Pərvin Əsgərli ilə Sənan Şəfizadə səhnəyə çıxaraq qonaqları salamlayıblar. Onlar sözü layihənin Türkiyə üzrə rəhbəri Hakan Solakerə və Azərbaycan üzrə rəhbəri Aysel Nazimə veriblər. Layihə rəhbərləri müsabiqə haqqında ətraflı məlumat verərək, növbəti illərdə müxtəlif layihələrin keçiriləcəyinin anonsunu veriblər.

Gecənin ilk hissəsi konsert ab-havasında davam edib. “Kamerton” rəqs qrupu, xalq artisti Flora Kərimova, əməkdar artist Mətanət İsgəndərli, balaca Nuray ifaları ilə qonaqları heyran edib. Daha sonra jüri və dəstəkçilər mükafatlandırılıb. 
İkinci hissə isə azərbaycanlı sənətçilər Zümrüd Qasımovanın tələbələri Nicat Hüseynzadə,Səbinə Haqverdiyeva, Rüfət Nəzərin tələbələri Cəmilə Hacıyeva, Rafael Quliyev, Anar Heybətovun tələbələri Zeynəb Hüseynova, Elsevər Rəhimov, Rəşad Kəsəmənlinin tələbələri Fidan Qasımova, Cavidan Kəsəmənli, Çimnaz Sultanovanın tələbələri Zeynəb Kəngərli, Ümman Budaqov, Ceyran İsgəndərin tələbələri Günay Məmmədova,Royal Allahverdiyev hazırladıqları tamaşalar ilə birincilik uğrunda mübarizə aparıblar. 
 
Sonda Türkiyədən gələn qonaqlar Aleyna Solaker, Nesli Özsoy, Nuri Alco, Engin Çağlar, Can Özsoy, Kıvanç Tərzioğlu və layihə rəhbəri Hakan Solaker 12 iştirakçıya səs verib. Səsvermə nəticəsində 4 iştirakçı - Fidan Qasımova, Elsevər Rəhimov, Cavidan Kəsəmənli, Cəmilə Hacıyeva Türkiyədəki finalda səhnəyə çıxmağa haqq qazanıb.

Qeyd edək ki, “Sinema güzeli” yarışmasının böyük Türkiyə finalı martın 18-i İstanbulda baş tutacaq.


   14-02-2019, 00:18  /