“Üzeyirlə məni ilk gündən çox təklədilər” » Showxeber.az


“Üzeyirlə məni ilk gündən çox təklədilər”

Sosial şəbəkələrdə tənqid olunan, bayağı ifaçı kimi təqdim edilən müğənni Damla ilə Üzeyir Mehdizadə Rusiyada bir araya gəlib. 

Bu barədə Damla rəsmi instaqram səhifəsində məlumat verib. 
O, Üzeyirlə fotosunu instaqramda paylaşaraq hələ də tənqidlərə məruz qaldıqlarını bildirib:
“Bizi sənətə addım atdığımız gündən çox təklədilər. Hər kəs bizi müzakirə etməyə başladı. Çox yazdılar, pozdular. Amma biz susduq. İradlar, bəzən təndiqlər bizdən əl çəkmədi. Kimsəyə cavab qaytarmadan, heç kimi üzmədən, heç kimin qəlbinə toxunmadan başımızı aşağı salıb nəğmələrimizlə qəlbinizə yol tapmağı seçdik. Çoxdandır görüşmürdük”. 

///Qafqazinfo



   19-02-2019, 13:20  /