Fədayə Laçının istintaq işi bitdi » Showxeber.az


Fədayə Laçının istintaq işi bitdi


Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının cinayət işinin istintaqı başa çatıb.

Bu haqda SHOWRXEBER.AZ-a açıqlamasında sənətçinin vəkili Türkel Süleymanlı deyib. O bildirib ki, artıq əksər istintaq hərəkətləri yekunlaşıb:

“İstintaq bitdi və tanışlıq mərhələsi başladı. Bu da 3-5 gün davam edəcək. İşlə tanış olunduqdan sonra məhkəməyə göndəriləcək. Güman edirik ki, iyulun sonunda məhkəmə başlayacaq”.

Vəkil Fədayə Laçının səhhətindən də danışıb:

“Fədayə xanımla görüşmüşük. Özünü yaxşı hiss edir. İntihara cəhd xəbəri isə yalandır. Əziyyət çəkir, amma möhkəm xanımdır. Bu cür şayiələri axmaq adamlar yayır. Hepatitdir, müalicə alır”.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

   28-06-2018, 18:50  /