“Bombaltı” təqdim edildi: “Komediya filmlərinin içərisində ən bomba filmdir” » Showxeber.az


“Bombaltı” təqdim edildi: “Komediya filmlərinin içərisində ən bomba filmdir”

Ötən gün Nizami Kino Mərkəzində "İLK Media"-nın istehsalı olan “Bombaltı” filimin təqdimat gecəsi keçirilib.

Showxəbər.Az xəbər verir ki, gecədə tanınmış şou-sənət nümayəndələri, idmançılar və aktyorlar qonaq qismində iştirak ediblər.

İlk olaraq, qırmızı xalıdan keçid alan filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavanlandırıblar.

Beşinci filmlərini tamaşaçıların ixtiyarına verən İlkin Həsəni ekran işi barədə bunları deyib:
“Bu film bizim “Bozbash Pictures” olaraq çəkdiyimiz ən bahalısı, ən həyəcanlısı və ən maraqlısıdır. 9 aya çəkdik. Filimin adının mənasını izlədikdən sonra biləcəksiniz. Ailə problemləri, övlad olmamağına görə ailə dağılması məsələsini filmdə önə çıxartmışıq. Bunları yumorla göstərməyə çalışdıq. Filmdə gizli agentlər obrazını canlandırmışıq. Ona görə də bəzi aktyorlarımız qadın obrazlarında oldular. Mən də şotland milli geyimində idim”. 

Filmdə “Fəlakət” obrazına həyat verən Elşən Orucov yeni işlərindən danışıb: 
“Bu dəfə də öz rekordumuzu təzələyicimizə inanıram. Böyük maliyyə dəstəyi var. Çox əziyyət çəkdik”.

“Şoşu” obrazının ifaçısı Ramil Babayev iddialı açıqlaması ilə diqqət çəkib:
“Bu film Azərbaycanda çəkilən komediya filmlərinin içərisində ən bomba filmdir. Bunu filmə baxıb təsdiqləyə bilərsiz.” 

Filmin “Şirin”-i Nicat Rəhimov isə yeni filmlərinin fərqli olmasından söz açıb:
“Film tamamilə fərqlidir. Komanda ilə çox əziyyət çəkdik. Hər bir aktyorun fərqli tərzini görəcəksiniz. Çox maraqlıdır. Gəlin, baxın və gülün”.

Ekran işində sevilən obrazlardan birinin canlandırıcısı İlkin Misgərli fikrlərini bölüşüb:
“Bütün komandanı təbrik edirəm. Özümüzə uğurlar arzu edirəm. İnanıram ki, bu filmimiz də baxımlı olacaq”. 

Filmin “Ağsaqqal”-ı Azər Baxşəliyev isə “bu filmdə 6 personaj var. Bu altı nəfər filmdə bombanı zərərsizləşdirməyə çalışırlar. Çox maraqlı film ərsəyə gəldi”, deyə açıqlama verib. 

Qeyd edək ki, komediya-macəra və döyüş janrını özündə cəmləyən filmin quruluşçu rejissoru Rauf Ocaqverdiyevdir. Ssenarisi müəllifləri isə Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.

Təqdimat mərasimindən olan fotoları təqdim edirik:

Tural Hüseyn
Fotolar:Sübhan İsmayılov
Showxəbər.Az


   2-03-2019, 13:35  /