"Onlar "10illiklər" boyu dəyişmədi - FOTOLAR » Showxeber.az


"Onlar "10illiklər" boyu dəyişmədi - FOTOLAR

Bir çox xanımlar bütün həyatı boyu öz saçlarını heç vaxt dəyişməmiş və ya özlərini boyamadığını düşünürlər. Xanımların çoxu yeni saç modelinin onlara uyğun gəlməyəcəyindən qorxduqları üçün görünüşü ilə sınaq etmək istəmirlər. Əslində, hətta ulduzlar heç bir dəyişikliyə hazır deyillər. Bir neçə onilliklər ərzində bəzi dünya ulduzları belə eyni saç düzümü və saç rəngini dəyişmirlər.

Showxəbər.Az illərdir saç stillərində dəyişiklik etməyi sanki özlərinə qadağa qoyan dünya ulduzlarını araşdırdı.

Buna inanmaq çətin də olsa, bəzi məşhurlar saç düzümlərini və boyalarını heç vaxt dəyişməyəcək qədər mühafizəkardırlar. 

Həyatda eyni saç düzümü, rəngi ilə özlərini dəyişməyən 9 dünya ulduzunun adlarını sadalayaq.

İlk isim aktrisa Angelina Jolie-dir. O, illərdir demək olar ki, saç düzümündə və rəngində dəyişiklik etmir.

İkinci isim daha bir dünya ulduzu aktrisa Cameron Diaz-dır. O, həmkarı Jolie kimi
Eyni saç rənginə və düzümünə illərdir sadiq qalıb.

Sırada 54 yaşlı alman əsilli ulduz Sandra Bullockdır. Xanım aktrisa 15 ildən çoxdur ki, eyni cür görünməkdən məmnun görünür.

Dünyanın ən çox qazanan (150 mln dol.), 20-dən çox dünya brendinin reklam üzü olan, “Guinness Rekorlar Kitabı”-na düşən Braziliyalı top-model Gisele Bundchen uzun illər eyni rəng və saç düzümündə podiumda rüzgarlar əsdirir.

Gözəlliyi ilə dillərə düşən 50 yaşlı aktrisa Jennifer Aniston dəyişiklik etməyi özünə qadağa qoyan dünya ulduzları siyahısındadır. Buna baxmayaraq, şotland və yunan kökənli Jennifer daim tələbatlı aktrisa olmağı bacarıb.

Anistonun adaşı aktrisa-müğənni və rəqqasə, mega-star Jennifer Lopez saç düzümü ilə rəngini qorumağı özünə borc bilir. İllərə meydan oxuyan Latın Amerikalı gözəl dünya ulduzları arasında ilk sırada ağıla gələn isimlərdən biridir. JLO-un çəkildiyi filmlər, ifaları və rəqsləri dəyişiklik etməməsini daim kölgədə qoyub.

İki dəfə Emmi və Qızıl qlobus mükafatı, Oskar laureatı 58 yaşlı Amerikalı aktrisa-yazıçı Juliano Mur tərzinə sadiq qalmağı seçən ulduzlardandır.

51 yaşlı Çin əsilli film və serial aktrisası, daha çox “Çarlinin mələkləri” filmində ulduzu parlayan Lucy Liu 20 ilə yaxındır sevimli saç düzümünü və rəngini dəyişmir. Zəngin karyeraya malik aktrisa bundan heç də narazı deyil. 

Son olaraq, İngiltərəli, əsl adı “Catherine Elizabeth” 37 yaşlı Kate Middletonu qeyd edə bilərik. Şahzadə xanım hələki dəyişikliyi ağlından keçirmir.
İngilis kraliyyət ailəsinin üzvü, Uels şahzadəsi Çarles və Diananın böyük oğlunun William Arthur Philip Louis ilə evli olan Kate dünyanın ən məşhur xanımları sırasına adını yazdırmağı bacarıb. 

Bu da onilliklər ərzində saç düzümü və rəngini dəyişməyən dünyanın ən məşhur xanımları. 


Tural Hüseyn 
Showxəbər.Az

Angelina Jolie

Cameron Diaz

Sandra Bullock

Gisele Bundchen

Jennifer Aniston

Jennifer Lopez

Juliano Mur

Lucy Liu

Kate Middleton

   6-03-2019, 12:35  /