Sibel Can sabah Bakıya gəlir - Biletlər tükənir » Showxeber.az


Sibel Can sabah Bakıya gəlir - Biletlər tükənir

Türkiyənin məşhur müğənnisi Sibel Can sabah paytaxt Bakının qonağı olacaq.

Showxəbər.Az xəbər verir ki, “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə keçiriləcək konsert martın 8-i Beynəlxalq Qadınlar günündə baş tutacaq.

O, solo konsertindən əvvəl Bakının tarixi yerlərini gəzəcək. Müğənni bir gün sonra Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Sibel Canın canlı ifası ilə öz pərəstişkarlarına unudulmaz anlar yaşadacağı gözlənilir. 

Qeyd edək ki, konsertə olan biletlərin sayı məhdud sayda qalıb. Bu Azərbaycanın məşhur onlayn bilet satışını həyata keçirən “iTicket.az”da qeyd olunub. Portalda ən çox konsertinə bilet satılan məşhur kimi Sibel Can göstərilir.




   6-03-2019, 14:48  /