"Allaha həvalə edirəm" - Ayseldən ailə dağıtması ilə bağlı ittihama cavab - Foto » Showxeber.az


"Allaha həvalə edirəm" - Ayseldən ailə dağıtması ilə bağlı ittihama cavab - Foto

Bildiyiniz kimi, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə çıxan Turanə adlı qadın müğənni Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını və ailəsini dağıtdığını iddia edib.

Showxəbər.Az xəbər verir ki, müğənni səsləndirilən iddialara İnstaqram hesabının “Story” bölməsində cavab verib.

O, foto paylaşaraq, “Allaha həvalə edirəm”- yazıb.

Xatırladaq ki, qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

Turanə ərinin 48 yaşı olduğunu, avtosalon və tikinti işləri ilə məşğul olduğunu bildirib.





   14-03-2019, 10:30  /