“Məndən üzr istəsinlər” - Aysel Əlizadə » Showxeber.az


“Məndən üzr istəsinlər” - Aysel Əlizadə

Müğənni Aysel Əlizadə adı hallandığı ailə münaqişəsi ilə bağlı açıqlama verib.

Showxəbər.Az xəbər verir ki, ifaçı məsələni hüquq müstəvisində həll edəcəyini bildirib:

“Barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər. Televiziyada yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dərhal dayandırılmasını, həmçinin, təkzib verilməsini və üzr istənilməsini tələb edirəm”.

Sənətçi barəsində nalayiq ifadələrin işlədilməsinin qarşısını almaq üçün xəbər portallarından da məlumatların yığışdırılmasını xahiş edib.

Xatırladaq ki, Turanə Nəcəfova adlı qadın Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində 13 illik ailəsinin Aysel tərəfindən dağıdıldığını iddia etmişdi. O, iş adamı olan keçmiş əri Elçin Nəcəfovun ailəsini ona görə atdığını deyib.






   14-03-2019, 21:27  /