Damlaya görə, yaranan izdihama polis müdaxilə etdi - VİDEO » Showxeber.az


Damlaya görə, yaranan izdihama polis müdaxilə etdi - VİDEO

Müğənni Damla yenə də pərəstişkarlarının böyük izdihamına şahid olub. 


Showxəbər.Az-ın məlumatına görə, o, mağazalardan birinin açılışına gedib.

Müğənninin pərəstişkarları göz yaşları içində onunla foto çəkdirmək üçün dəridən-qabıqdan çıxıblar. Damla polis və mühafizəçilərin müşayəti ilə maşına minə bilib.

Heyranlar maşının hərəkətinə mane olublar.

Bütün bu anları əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Videoda diqqət çəkən məqam o olub ki, müğənni ona görə ağlayan qızı maşınına əyləşdirib, onunla selfie çəkdirək, söhbət edib.











   16-03-2019, 09:58  /