Aktrisa Ülviyyə keçmiş əri və arvadı ilə eyni proqramda » Showxeber.az


Aktrisa Ülviyyə keçmiş əri və arvadı ilə eyni proqramda

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaqlar Azərbaycan Dövlət Musiqili komediya teatrının yaradıcı heyəti olub. 

Showxəbər.Az xəbər verir ki, aktrisa Ülviyyə Əliyeva proqramda gözləmədiyi halla qarşılaşıb. Verilişə onun keçmiş əri, aktyor Hüseyn Əlili və onun həyat yoldaşı Gültac Əlili dəvət olunan qonaqlar sırasında olub. 

Veriliş ərzində onlar bir-biri ilə üz-üzə gəlməməyə və danışmamağa çalışıblar.

Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi. Hazırda Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün də iki övladı var.





   16-03-2019, 14:30  /