Aleyna Tilki Bakıda pulsuz konsert verecək - VIDEO » Showxeber.az


Aleyna Tilki Bakıda pulsuz konsert verecək - VIDEO

Türkiyənin məşhur pop ifaçısı Aleyna Tilki Azərbaycana gəlir.

Aleyna Novruz bayramı ilə əlaqədər martın 23-də Qoşa qala meydanında konsert proqramı ilə çıxış edəcək. 

Konsert 20-26 mart tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində keçirilən ənənəvi “Bahar qalası” festivalı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Aleyna “Yetenek Sizsiniz Türkiye” yarışmasından tanınıb. 2017-ci ildə “Sen olsan bari” mahnısı ilə daha da məşhurlaşıb. Sənətçi ötən il “Altın Kelebek” mükafatına da layiq görülüb.

///Oxu.az









   16-03-2019, 17:37  /