"Meyidləri yanğından sonra çıxardılar..." - Müğənni Türkan Vəlizadənin ailəsində FACİƏ » Showxeber.az


"Meyidləri yanğından sonra çıxardılar..." - Müğənni Türkan Vəlizadənin ailəsində FACİƏ

Cinayət işi açıldı 

Dünən News24.az saytı müğənni Türkan Vəlizadənin ailəsindəki faciə ilə bağlı xəbər yayıb. İfaçı Novruz bayramı günü əmisinin həyat yoldaşının avtomobildə yanaraq öldüyünü bildirib. News24.az-ın əldə etdiyi məlumata görə, dəhşətli yanğında təkcə Türkanın əmisi arvadı həlak olmayıb. Belə ki, martın 22-nə keçən gecə saat 01 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində Gəncə şəhər sakini V.Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub. Bu zaman “Ford”un yanacaq çəni partlayıb və güclü yanğın başlayıb. Nəticədə avtomobil tamamilə yanıb.

Maşında olan sürücü ilə Türkanın əmisinin həyat yoldaşı Zəminə Böyükkişiyeva maşının salonunda yanaraq ölüb. Onların meyitini yanğın söndürüləndən sonra çıxarmaq mümkün olub.

Qeyd edək ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb və Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
   31-03-2019, 14:07  /