Canlı efirdə söyüşlü mahnı - Kanal cərimələndi + VİDEO » Showxeber.az


Canlı efirdə söyüşlü mahnı - Kanal cərimələndi + VİDEO

Space Tv-nin efirində biabırçı hal yaşanıb.

Showxəbər.Az “Show news”a istinadla bildirir ki, kanalın səhər verilişinin canlı efiri zamanı müğənni Rüfət Axundovun fonoqramla mahnı ifa edib. Bu zaman səs rejissorunun yalnışlıqla mikrafonları açıq saxlaması efirə nəlayiq sözlərin getməsi ilə nəticələnib.

Müğənnilər Rüfət Axundov və Əməkdar artist Rəşad İlyasovun mahnını etikadan kənar ifadələrlə oxumasını əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb. İzləyicilər sənətçiləri kəskin tənqid ediblər və bunu onlara yaraşdırmadıqlarını deyiblər.

Bundan sonra sözügedən görüntü MyVideo.az saytından silinib.

Efirdə mahnının etikadan kənar ifadələrlə mahnı oxunması “Space” telekanalının MTRŞ tərəfindən cərimələnməsi ilə nəticələnib.

MTRŞ Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovun proqramda baş verən halın monitorinq zamanı aşkar edildiyini bildirib:

“Kanalın İnzibati Xətalar Məcəlləsinə əsasən, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib. İş isə məhkəməyə göndərilib”.


Məslə ilə bağlı Rüfət Axundov İnstagram hesabından video paylaşaraq, görüntünün montaj edildiyini deyib.













   7-04-2019, 12:52  /