Məşhur serialın qala gecəsində qalmaqal » Showxeber.az


Məşhur serialın qala gecəsində qalmaqal

“Netflik” istehsalı olan “Hakan: Muhafız”ın ikinci sezonunun qala gecəsində qalmaqal yaşanıb. 

Çağatay Ulusoy, Ayça Ayşin Turan, Hazar Ergüçlü və Okan Yalabıkın baş rol aldığı ekran işinin premyerasında təşkilatçılarla media nümayəndələri arasında gərgin anlar yaşanıb.

Belə ki, qala dəvət olunan 30 KİV nümayəndəsini kiçik bir otağa aparıblar və kobud rəftar ediblər.

Bundan narahat olan media nümayəndələri qalanı tərk edib və təqdimatı heç bir mətbuat işçisi işıqlandırmayıb. 

///Qafqazinfo

   12-04-2019, 19:10  /