Rüfət Axundov "Xəzər"in canlı efirindən QOVULDU - VİDEO » Showxeber.az


Rüfət Axundov "Xəzər"in canlı efirindən QOVULDU - VİDEO

Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Hər səhər" verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.

Showxəbər.Az Redaktor.az-a istinadən xəbər verir ki, qadağaya baxmayaraq bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.

Məsələ ilə bağlı Xəzər televiziyası ilə əlaqə saxladıq. Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olduğu barədə xəbərsiz idi.

Açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb. /publika.az



   16-04-2019, 13:27  /