“Əhməd subaylığın daşını atdı” - VIDEO » Showxeber.az


“Əhməd subaylığın daşını atdı” - VIDEO


Ötən gün paytaxt restoranlarının birində müğənni Əhməd Mustafayevin toyu baş tutub.


Showxəbər.Az xəbər verir ki, əmisi qızı Səbinə ilə nigah bağlayan məşhurun toyuna şou və sənət nümayəndələri axın edib.


Onların sırasında Xalq artisti Faiq Ağayev, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman, Əməkdar artistlər Səlim Abasov, Abbas Bağırov, müğənnilər Sevda Yahyayeva, Sevinc Ağaşirinova, Sevil-Sevinc, Manaf Ağayev, Ayaz Qasımov, Yaşar Yusub, Türkan Vəlizadə, Yaşar Cəlilov, Nura Suri, Türkan Vəlizadə, aktyorlar İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov, aparıcılar Könül Muxtarova, Zümrüd Bədəlova, Afaq Gəncəli, Firuzə Cəlilova, Həyat Aslani, rəqqasə Renka və başqaları olub.


Müğənninin həmkarları mahnı paylarını səsləndirərək, səbəbkarları təbrik ediblər.
 
Toy məsrasimin diqqət çəkən məqamlarından biri isə Əhmədin həyat yoldaşı üçün özəl bəstələdiyi mahnını səsləndirərək, onunla rəqs etməsi olub.


Toy mərasimindən olan video və fotoları təqdim edirik:


Fotolar: Sübhan İsmayılov





   16-04-2019, 14:31  /