“Uşağa söz deyirsən, adamı polislə hədələyir” » Showxeber.az


“Uşağa söz deyirsən, adamı polislə hədələyir”

Müğənni Nadir Qafarzadə “Səhər-Səhər” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib. 

Verilişin aparıcısı Elgiz Əkbər sənətçiyə “Nə vaxt baba olursuz?” sualını verib. 

Nadir isə oğlunun hələ evlənmək istəmədiyini qeyd edib. Sənətçi bildirib ki, bunun səbəbi sosial şəbəkələrdir:

“Uşağım deyir ki, öz planlarım var. Sosial şəbəkələr çıxandan sonra oğlanlarda evlənmək qorxusu var. İndi uşağa bir söz deyirsən, deyir ki, səni polisə verərəm, hüquqlarım var. Arvada söz deyirsən, deyir ki, kişiylə arvadın hüquqları eynidir. Qadını çox azad buraxmaq olmaz”.

///Qafqazinfo



   17-04-2019, 14:16  /