19 yaşlı gənc rəfiqəsinin boğazını kəsdi - FOTOLAR » Showxeber.az


19 yaşlı gənc rəfiqəsinin boğazını kəsdi - FOTOLAR

İspaniyada tükürpədici hadisə baş verib.

Azmedia.az-ın verdiyi məlumata görə, İspanyanın gecə kulublarının birində dəhşətli hadisə baş verib. Beləki, təxminən saat 01:00-da iki rəfiqə arasında anidən mübahisə yaranıb.

Qızlardan biri, digərinin boğazına şüşə qırıntısı ilə xəsarət yetirib.  Ətrafdakılar dərhal təcili yardım çağırıblar. Təcili yardım, xəsarət alan qadını dərhal xəstəxanaya çatdırsa da onun çox qan itirdiyi bildirilib.

Hadisə yerinə gələn polis əməkdaşları, 19 yaşlı Sydney Coleni nəzarət altına alıblar. Daha sonra hakim qarşısına çıxan Sydney Colenin həbs edilməsi qərarı verilib. Xəsarət alan 22 yaşlı Sarah Ann Garrity-nin isə vəziyyətinin ağır olduğu bildirilib.

Onuda qeyd edək ki, qızların hər ikisi İngilis əsgəri olub. Hadisədən sonra Böyük Birtaniya Ordusu məsələ ilə bağlı açıqlama verib: “İspan polisinin araşdırması davam edərkən, biz heç bir məlumat verə bilmərik”.





   17-04-2019, 16:26  /