"İntihar edənləri qəhrəmana çevirməyin" » Showxeber.az


"İntihar edənləri qəhrəmana çevirməyin"

Aparıcı Cavid Gül son günlər sosial şəbəkədə müzakirələrə səbəb olan 17 yaşlı qızın intiharı ilə bağlı paylaşımları qınayıb.
 Axşam.az xəbər verir ki, aparıcı bunu bir reklam hesab etdiyini vurğulayıb. Cavib bildirib ki, digər gənclərə belə paylaşımlar pis örnəkdir: 
 "Dəyərli dostlar, intiharı reklam etməyin... İntihar edənləri qəhrəmanlara çevirməyin. Depresiv və digər problemli gənclər bu qədər diqqəti görüb, bu yola əl atır. Həyata bir dəfə gəlir insan, ikinci şansın yoxdur. Bu hədiyyəni düzgün istifadə edin". 
 Qeyd edək ki, Zaqatala rayon Əliabad qəsəbəsində yaşayan 17 yaşlı Gülər İsmayılova istəmədiyi şəxslə nişanlandırıldığı üçün intihar edib. Bu haqda şou-biznes nümayəndələri sosial şəbəkədə paylaşım edərək, valideynləri qınayıb. Onlar arasında Əməkdar artist Mehriban Xanlarova, müğənni-bəstəkar Murad Arif də yer almışdı. 
   3-08-2019, 02:38  /