“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi » Showxeber.az


“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi


Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.

SHOWXEBER.AZ-ın məlumatına görə, əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.

“Toppuş bacı” ləqəbli aktrisa saytımıza bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:

“Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam.

 İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm”.
   20-08-2018, 13:39  /