İntihar xəbəri yayılan Murad danışdı » Showxeber.az


İntihar xəbəri yayılan Murad danışdı


Xəbər evrdiyimiz kimi, dünən aparıcı Murad Başoğlunun intihar xəbərləri yayılmıdı.


Murad bu barədə açıqlama verib:

“Xəbəri oxuyan vaxt Nişantaşında idim. 14 yaşlı oğlum da bu barədə Bodrumda xəbər tutub. Ağlaya-ağlaya mənə və anasına zəng etdi. Ailəmə və mənə edilən bu vicdansızlığı özümə izah edə bilmirəm. Bunu etməyi necə bacarırlar? Mən intihar edəcək nəsə etməmişəm. İntihar barədə düşünsəm, bir il boyunca haqqımda yayılan xəbərlərdən sonra edərdim. Amma bacarmayacaqlar”.

Aparıcı qardaşı qızı Burcu Başoğlu ilə arasında olanlardan da danışıb:

“Onu həyatımda 3 dəfə görmüşəm. Səmimi deyildik. Mənə doğum günlərimdə təbrik etmək üçün zəng edərdi. Qardaşımla da görüşmürdük. Amma həyat yoldaşım onlarla yaxın idi. Burcu bir gün mənə zəng etdi. Dedi ki, səninlə olan görüntüləri mənə ver. 150 min dollar istədi. Təhdid etdi ki, görüntüləri verməsən, mənə təcavüz etdiyini deyəcəm. Sonra bizim fotolar yayıldı. O da pul istəyə bilmədi. Bu xəbərləri də onun yazdırdığını düşünürəm”.Qeyd edək ki, Muratın qardaşı qızı ilə səmimi görüntüləri yayılmışdı. 

//acsa
   4-09-2018, 19:09  /