Safurə qızına ad günü etdi - » Showxeber.az


Safurə qızına ad günü etdi -


"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyevanın qızı Aişənin 1 yaşı tamam olub. 

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan keçmiş müğənni övladının özəl gününü qeyd edib. 

Ad günündən şəkilləri İnstaqram səhifəsində paylaşaraq "Həyatımızda daha bir xoş günü yaşadıq. Qızımızın bir yaşı tamam oldu. Bizi təbrik edən və yanımızda olan hər kəsə təşəkkür edirəm. Ad günün mübarək, bizim şahzadəmiz" sözlərini yazıb. 

Qeyd edək ki, Fərhad və Safurə cütlüyünün İsgəndər adlı bir oğlu da var.

//azxeber.com

   3-10-2018, 12:20  /