Mehriban Xanlarovadan onu qınayanlara cavab: -


ARB TV-də yayımlanan "Canım sizə desin” verilişinin qonağı bu dəfə "Vandam” ləqəbi ilə tanınan zaqatalalı Ruslan İsmayılov olub. Aparıcı Mehriban Xanlarova "Vandam”dan onu öpməsini istəyib. Gənc utanaraq əməkdar artisti öpüb.

Verilişdə qonaq olan Vandamın bu kimi hərəkətləri, onun verilişə dəvət olunması sosial şəbəkələrdə tənqid olunub.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Canım sizə desin” verilişinin aparıcısı Mehriban Xanlarova onu qınayanların paxıllıqdan bu addımı atdıqlarını bildirib:

"Monitor arxasında qadınlar cürətlənməsin, kişilər də kişilənməsin. Sözləri varsa, gəlib üzümə desinlər, boş-boş danışmasınlar. "Vandam" haqqında xəstə yazırlar, əslində xəstə onların gözləridir. Xəstə deyil, ağlı başında, şüuru özündə olan, namaz qılan insandır. O da belə populyar olmaq istəyir, əcəb eləyir. Kimə nə? Ağızlarına gələni yazmasınlar. Cəsarəti olan kişilər sözlərini üzümə desinlər, monitor arxasında gizlənib boş sözlər yazmasınlar."


 /  18-10-2018, 13:25  /  Baxış: 239