"Allah mənə qız verməyib, onu öldürərdim" -

Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində yoxa çıxan 17 yaşlı qızla bağlı müzakirə aparıb. 


Aparıcı qızın anasını qınayanları müdafiə edib. X.Hidayətqızı qız övladı ilə bağlı gözlənilməz sözlər deyib:

"İşə gedib, çörək pulumu qazanıram. Çəkilişlə bağlı Rusiyadayam, oradayam, buradayam ... Övladım da mənim bu əziyyətimi görür. Əgər övladım mənim bu əziyyətimi görə-görə, mən evdən çıxandan sonra internetin qarşısında oturursa və ya evdən qaçırsa, deyin görüm günahkar kimdir? 

Ona görə Allah mənə qız verməyib. Bilir ki, mən onu öldürərəm. Əgər bir qız, bir övlad ananın əziyyətini yerə vurursa, biz gərək bu qadını döyək, öldürək?".

//axsam.az

 /  20-10-2018, 15:48  /  Baxış: 304