Nura Suri yeni klipini təqdim etdi: "Ərə getmək üçün ölürəm də..." » Showxeber.az


Nura Suri yeni klipini təqdim etdi: "Ərə getmək üçün ölürəm də..."

Müğənni Nura Suri dostlarını və media nümayəndələrini başına toplayaraq mətbuat konfransı keçirib.

İfaçı "Sevgi Romanı” adlı yeni mahnısına çəkilmiş klipini təqdim edib. Sözügedən mahnının sözləri Zülfü Bədəlovun, aranjimanı isə Fərid Ağanındır.
Klipin ideya müəllifi Seymur Zəkəriyayev, rejissoru isə Natiq Muxtarovdur. Nuranın makiyajı, saç düzümü və geyimləri isə məşhur stilist Elnur Həsənova məxsusdur.


Müğənni yeni klipi haqda Open.az-a açıqlama verib: “ “Sevgi romanı” klipi biraz fərqli tərzdədir. Kliplərim arasında ilk dəfədir belə bir üsluba müraciət etmişik. Düşünürəm ki, heç də pis alınmayıb. Çünki bu gün hər kəs yeni və fərqli görüntülər istəyir. Ssenaridə təbii ki, iki sevgilidən və onların gülməli obrazlarından bəhs olunur. Çəkilişlər cəmi iki günə reallaşdı. Əsıində çox kaprizli və narahat insanam. Ona görə demək olar ki, hər bir kadra xüsusi diqqət göstərmişəm. Klipdə də gördüyünüz kimi sonda evlənmişəm. Ümumiyyətlə bizdə belədir. Sevdinsə gərək ərə gedəsən. Mən də ərə getmək üçün ölürəm də...”.


Qeyd edək ki, sözügedən ekran işi həftənin bazar ertəsi "YouTube" kanalına yüklənəcək.

//open.az


   26-10-2018, 18:49  /