Azərbaycanlı falçıya Rusiyada nazir postu təklifi

Zirəddin Rzayev yeni nazirliyə rəhbərlik edə bilər?

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasesə gözlənilməz təklif gəlib. Sosial media izləyiciləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevə gələcəkdə magiya naziri olmağı təklif ediblər. O, isə belə niyyətinin olmadığını deyir. 

Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Nazirliyi təsis etmək təklifini irəli sürüb. Paleyev peşəkar ekstrasenslərlə şarlatanları süzgəcdən keçirmək üçün nazirlik yaratmağı təklif edib.
Sosial media izləyiciləri həmin nazirlik yaradılacağı təqdirdə, azərbaycanlı ekstrasensin nazir postuna ən layiqli namizəd olacağını bildiriblər.

Bu barədə Zirəddin Rzayev özünün Instagram sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O, qeyd edib ki, Rusiya KİV-dən birinə müsahibə verib. Ekstrasens orada deputat Paleyevin sözlərinə münasibətini bildirib. Rzayevin sözlərinə görə, yaxın gələcəkdə bu təklif reallaşa bilər.

Xatırladaq ki, Zirəddin Rzayev "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır.





 /  27-11-2018, 12:01  /  Baxış: 104