Çeki Canın qızı qadınla evləndi

Eynicinslilərin nikahı Kanadada olub

Dünya şöhrətli aktyor Çeki Canın qızı öz həmcinsi ilə evlənib.  Etta U Colin Kanada sakini ilə nikaha daxil olub.

O, Endi Ottom adlı xanımla evliliyini əks etdirən fotoları "İnstagram" səhifəsinə yerləşdirib. "Honkonqa ər-arvad kimi qayıtdıq", deyə Ottom yazıb. 

Cütlüyün nikahı eynicinslilərin evlənməsinə icazə verən Kanadada baş tutub. Toydan sonra onlar Honkonqa qayıdıblar. 

Aktyorun qızı bu ilin mayında sevgilisi ilə bir ay küçələrdə, körpü altlarında gecələməli olduğunu açıqlamışdı. Buna səbəb isə valideynlərin qeyri-ənənəvi cinsi oriyentasiyalarını qəbul etməməsi idi.

//istipress.com
 /  27-11-2018, 12:25  /  Baxış: 77